Simsar.az | bizi özünüzə Simsar bilin
Ərdoğandan Dəmirələ sərt sözlər

"Otur oturduğun yerdə. 87 yaşın var hələ də ortalığı qarışdırırsan”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası çərçivəsində Yozqatda keçirdiyi mitinqdə ölkənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin ünvanına sərt sözlər səsləndirib.

Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, AKP lideri ad çəkmədən Dəmirəlin CHP-yə və Kamal Kılıçdaroğluna dəstək verdiyinə işarə vurub. Kılıçdaroğluna xitabən “Ağıl verənindən dərsini almağa davam et” deyən Ərdoğan daha sonra “ağıl verən” sözlərilə nəzərdə tutduğu Dəmirəli hədəf alıb: “İndi CHP-nin ağıl verəni 87 yaşındaki o zat çıxır, qəzetlərə müsahibələr verir... Hər halda yenidən siyasətə atılacaq...”.

AKP lideri kimdən bəhs etdiyini meydana sual verib və “Dəmirəl” cavabını alınca sözlərinə belə davam edib: "Otur oturduğun yerdə. Nə işin var belə qəzet-qəzet dolaşırsan? Otur. Otur, səni bəy zann etsinlər. Hələ də rahat durmursan. 87 yaşın var hələ də ortalığı qarışdırırsan. O partiyanın siyahısı, bu partiyanın siyahısı... Bunlarla uğraşırsan. Otur, biz də sayğı göstərək, başqaları da sayğı göstərsin”.

18 May, 2011  20:24 Baxılıb: 1165

Bu bölmədə