Simsar.az | bizi özünüzə Simsar bilin
Serbiya Azərbaycana səfir təyin etdi

Serbiya prezidenti Boris Tadiç Zoran Vajoviçi Serbiyanın Azərbaycandakı səfiri təyin edib.

APA-nın xəbərinə görə, bu barədə Serbiyanın rəsmi qəzetlərində məlumat verilib. 

Xatırladaq ki, Serbiya səfirliyi Azərbaycanda cari ilin mart ayından bəri fəaliyyət göstərir. İndiyə kimi Serbiya Azərbaycanda müvəqqəti işlər vəkili ilə təmsil olunurdu. Z. Vajoviç ölkəsini Azərbaycanda səfir vəzifəsində təmsil edəcək ilk serb diplomatıdır.

18 May, 2011  18:14 Baxılıb: 1110

Bu bölmədə