Simsar.az | bizi özünüzə Simsar bilin
FLORA KƏRİMOVA FAİQ AĞAYEVƏ UDUZUR

Xanım müğənninin  iddiası qəbul edilmədi 

Bakı Şəhər Apellyasiya Məhkəməsi xalq artisti Flora Kərimovanın xalq artisti Faiq Ağayevə qarşı iddiasını təmin etməyib. F.Ağayevin mətbuat xidmətindən verilən məlumatına görə, bu gün hakim Cəlal Ramazanovun sədrliyilə Apellyasiya Məhkəməsində keçirilən iclasda F.Kərimovanın Yasamal Rayon Məhkəməsinin 13.01.2011-ci il tarixli qərarından veriyi apellyasiya şikayətinə baxılıb. 

Hakim Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi Flora Kərimovanın xüsusi ittiham qaydasında Faiq Ağayeva qarşı qaldırdığı cinayət işi üzrə bu ilin yanvarın 13-də baxıb.
Məhkəmənin qəbul etdiyi qərara əsasən, 147.2 maddəsi (təhqir) üzrə ittiham olunan Faiq Ağayevə bəraət verilib.

148-ci maddəyə (böhtan) görə isə cinayət təqibinin müddəti keçdiyi üçün işə xitam verilib.

RAMİN

18 May, 2011  17:42 Baxılıb: 1533

Bu bölmədə