Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan və Rusiyanın birinci xanımları görüşdü

Svetlana Medvedeva Azərbaycan mədəniyyətinin yüksək səviyyədə olduğunu deyib

Rusiya prezidentinin həyat yoldaşı Svetlana Medvedeva Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə çərşənbə axşamı keçirilən görüşdə qonağı Azərbaycanın "Avroviziya 2011" mahnı müsabiqəsində qələbə münasibətilə təbrik edərək, Azərbaycandan olan duetin qələbəsinin ölkəmizin müsiqi mədəniyyətinin yüksək səviyyədə olmasının sübutu olduğunu qeyd etdi. Bu xəbəri çərşənbə axşamı RİA "Novosti" yayıb.

"Avroviziya 2011" beynəlxalq mahnı müsabiqəsi keçən həftə Almaniyada keçirilib. Azərbaycanı təmsil edən Ell (Eldar Qasımov) və Nikki (Nigar Camal) "Running Scared" mahnısı ilə qələbə qazanıblar.

Azərbaycanın birinci xanımı Moskvaya Dövlət Kreml Sarayında Azərbaycan axşamının keçirilməsi ilə əlaqədar səfər edib.

Danışıqlar zamanı Svetlana Medvedeva həmçinin respublikamızda yaşayan və sayı 130 minə yaxın olan rusiyalı həmvətənlər üçün əlverişli şəraitin yaradılmasında Azərbaycan rəhbərliyinin səylərini qeyd edib.

Svetlana Medvedeva Azərbaycan tərəfinə ölkəmizdə rus dilində təhsilin inkişafına yaratdığı imkana görə minnətdarlığını bildirib.

Prezidentlərin xanımları həmçinin azərbaycanlı tələbələrin Rusiyada təhsil almaları ilə bağlı sualları müzakirə ediblər.

Danışıqlar zamanı Svetlana Medvedeva Azərbaycanda dinlərin dinc və bərabər şəraitdə mövcud olması üçün və xüsusilə Rus Pravoslav Kilsəsinin Azərbaycanda fəaliyyəti üçün lazımi şəraitin yaradılmasını qeyd edib.

Svetlana Medvedeva azərbaycanlı qonağı Moskvaya bir daha, 3-cü Gənc klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsinə dəvət etdi. O, müsabiqədə azərbaycanlı ifaçılarının müsabiqədə iştirak etməsinə ümidvar olduğunu söylədi.

Öz növbəsində, Mehriban Əliyeva Svetlana Medvedevanı Böyük Kreml Sarayında keçirilən Azərbaycana həsr olunmuş fotosərgisi ilə tanış etdi və ona unikal Azərbaycan xalçalarından ibarət olan kolleksiyanı nümayiş etdirdi.

18 May, 2011  13:25 Baxılıb: 1892

Bu bölmədə