Simsar.az | bizi özünüzə Simsar bilin
Vatslav Klaus Milli Məclisdə oldu

Mayın 17-də ölkəmizdə rəsmi səfərdə olan Çexiya prezidenti Vatslav Klaus Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Simsar.az-ın “AzərTAc”a istinadən məlumatına görə, daha sonra o, Milli Məclisə gəlib. 

Onu parlamentin binasında Milli Məclisin sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılayıb.

Qonaqlar Azərbaycan parlamentinin inzibati binası, iclas zalı və deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olub. Çexiya prezidenti Milli Məclisin binasındakı Heydər Əliyev Xatirə zalına baxıb, Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra Çexiya dövlətinin başçısı Milli Məclisin sədri ilə görüşüb.

Oqtay Əsədov deyib ki, Azərbaycan ilə Çexiya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanla Çexiya arasında iqtisadi-ticari əlaqələrindən danışan O.Əsədov bildirib ki, ötən il ticarət dövriyyəsi 38 milyon ABŞ dolları təşkil etdiyi halda, bu ilin 2 ayında bu rəqəm 48 milyon dollara çatıb.

Vatslav Klaus Azərbaycana səfəri çərçivəsində Milli Məclislə tanışlıqdan, burada deputatlar üçün yaradılmış şəraitdən, yeni texnologiyaların tətbiqindən məmnunluğunu bildirib.

O deyib ki, Çexiya Azərbaycan ilə əlaqələrin bütün sahələrdə genişləndirilməsində maraqlıdır. Qqonaq ölkəsinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına böyük önəm verdiyini, Azərbaycanı Avropaya inteqrasiyada dəstəklədiyini vurğulayıb.

18 May, 2011  02:17 Baxılıb: 1085

Bu bölmədə