Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident “Eurovision” qaliblərimizi təltif etdi

Eldar Qasımov və Nigar Cemal Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olundu

“Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycana qələbə qazandıran Eldar Qasımov və Nigar Cemalın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Simsar.az-ın AzərTac-a istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb. 

Sərəncamlarda deyilir: ““Eurovision-2011” mahnı müsabiqəsində qazandığı qələbəyə görə Eldar Pərviz oğlu Qasımov və Nigar Aydın qızı Cemal “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

18 May, 2011  02:12 Baxılıb: 1351

Bu bölmədə