Simsar.az | bizi özünüzə Simsar bilin
MDB Hökumət Başçıları Şurasının toplantısı keçiriləcək

Mayın 19-da Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti toplantısı keçiriləcək.

Toplantıda məruzəçi qismində Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq əlaqələr və protokol sektorunun müdiri, MDB üzv dövlətlərinin Mədəniyyət Siyasəti üzrə İşçi Qrupunun rəhbəri Rauf Paşayev iştirak edəcək.

Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Simsar.az-a verilən məlumata görə, iclas zamanı Azərbaycan tərəfindən təklif olunmuş “MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə Konsepsiya” və Konsepsiyanın həyata keçirilməsi məqsədilə hazırlanmış “2015-ci ilə qədər MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əsas tədbirləri” müzakirə olunacaq. “MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə Konsepsiya” və “2015-ci ilə qədər MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əsas tədbirləri” artıq ekspertlər səviyyəsində razılaşdırılıb və MDB-nin Xarici İşlər Nazirləri Şurası tərəfindən bəyənilib.

17 May, 2011  23:23 Baxılıb: 1239

Bu bölmədə