Simsar.az | bizi özünüzə Simsar bilin
Mübarəkin xanımından 4 milyon aldılar

Suzanna Mübarək azadlığa buraxıldı

Misirin sabiq prezident Hüsnü Mübarəkin xanımı Suzanna Mübarəki azadlığa buraxılıb. “Media forum” saytı xəbər verir ki, bunu mayın 17-də Qahirədə jurnalistlərə ədliyyə nazirinin müavini İslam əl-Qouxari deyib.

İqtisadi cinayətlərdə təqsirli bilinən Suzanna Mübarək mayın 13-də dindirilmə prosesindən sonra 15 gün müddətinə həbs edilmişdi.

İslam əl-Qouxari bildirib ki, Suzanna Mübarək hesabında olan 4 milyon dolları dövlətə qaytardıqdan sonra azadlığa buraxılıb.

Hüsnü Mübarək özü isə hələ də həbsdədir. Mayın 12-də sabiq prezidentin saxlanma müddəti 15 gün artırılıb.

1981-ci ildən Misirə rəhbərlik edən Hüsnü Mübarək fevralın 11-də istefa verib. Ölkədə yanvarın sonlarından başlayan, toqquşmalarla müşayiət olunan, 385 nəfər ölməsi, 5 mindən çox insanın yaralanması ilə nəticələnən xalq hərəkatı sonda onu hakimiyyəti orduya təhvil vermək məcburiyyətində qoyub.

17 May, 2011  22:57 Baxılıb: 1308

Bu bölmədə