Simsar.az | bizi özünüzə Simsar bilin
45 gündən sonra pensiyalar artır

Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər edib

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, sənəddə 2006-cı ilin yanvar ayının 1-dək əmək pensiyasına çıxmış şəxslərin təqaüdlərinin artırılması məsələsi əksini tapıb. Qanun layihəsi qüvvəyə minəndən sonra, iyul ayının 1-dən təqribən 845 min nəfərin pensiyası 40%-ə qədər artacaq. Bunun üçün illik tələb olunan vəsaitin 390 mln. manat, cari ilin 6 ayında isə 195 mln. manat təşkil edəcəyi ehtimal olunur.

Hadı Rəcəbli qeyd edib ki, dəyişikliyə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları 2006-cı il 1 yanvar tarixinə nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə, 2011-ci il 1 iyul tarixindən hesablanacaq.

Bu dəyişiklik dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, məhkəmə, daxili işlər və prokurorluq orqanları işçilərinə şamil olunmayacaq.

Müzakirələrdən sonra qanuna əlavə və dəyişikliklər layihəsi qəbul olunub.

17 May, 2011  22:57 Baxılıb: 1417

Bu bölmədə