Simsar.az | bizi özünüzə Simsar bilin
İRAN RAKETLƏRİNİ ABŞ-a YAXINLAŞDIRIR

İranın hücüm etməsi üçün Uqo Çaves Əhmədinecata əməli dəstək verib

Simsar az. saytı Almaniyanın “Die Welt” qəzetinə istinadən xəbər verir ki,  İranın Cənub Amerikadakı müttəfiqi Venesuellada ortamənzilli raket odlama sistemi inşa etmək istəyir.
 
Venesuela prezidenti Uqo Çavesin Tehranın Cənub Amerikadakı ən böyük müttəfiqi olduğuna diqqət çəkən qəzet  iranlı mühədislərin fevralda Venesueladakı Paraguana yarımadasını ziyarət etdiyini bildirib..
 
Paraguana ABŞ-ın Cənub Amerikadakı müttəfiqi Kolombiyadan 120 kilometr məsafədə yerləşir.
 
Xəbərdə İran İnqilab Muhafızlarının Hava qüvvələri Komandiri Əmir Əli Hacızadeənin də səfərdə iştirak etdiyi bildirilir. “Die Welt” bu məlumatların "Qərb təhlükəsizlik qüvvələrinə mənsub kəslərdən aldığını bildirib.

Paraguanada inşa ediləcək mərmi sistemi Venesuelada istiqamətli hücumların təşkili və nəzarət mərkəzlərinin müdafiə olunması üçün istifadə ediləcək.

Layihədə həmçinin sığınacaq, hərbi qarnizon və müşahidə qüllələri inşa edilməsi də əksini tapıb.

 Mərmilər isə 20 metr dərinliyində olacaq  raket silolarında saxlanacaq. Venesuellada qurulacaq bu sistemin xərci İranın neft gəlirlərindən təmin ediləcək.
 

Anar İsaoğlu

17 May, 2011  22:24 Baxılıb: 1195

Bu bölmədə