Simsar.az | bizi özünüzə Simsar bilin
Müsavatçı axtarılır

Telman Verdiyevin yeri bilinir

Hazırda İsveçdə mühacir həyatı yaşayan Müsavat Partiyasının üzvü Telman Verdiyev barəsində axtarış elan edilib. Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, 1956-cı il təvəllüdlü Telman Salman oğlu Verdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir. T. Verdiyev hazırda Azərbaycan olmadığı üçün onun barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Qeyd edək ki, Telman Verdiyev 2003-cü il hadisələrindən sonra Azərbaycandan mühacirət edib, hazırda Stokholmda yaşayır.

17 May, 2011  21:50 Baxılıb: 1140

Bu bölmədə