Simsar.az | bizi özünüzə Simsar bilin
Milli Məclis Avropa Parlamentinə səsləndi

"Biz yaxşı anlayırıq ki, demokratiya düşüncə tərzidir"

Azərbaycan Milli Məclisi Avropa Parlamentinə müraciət qəbul edib. APA-nın məlumatına görə, müraciətin mətni bu gün hazırlanıb, mətni parlamentdə deputat Azay Quliyev oxuyub.

Müraciətdə qeyd olunub ki, Avropa Parlamentinin sonuncu qətnaməsi Azərbaycan üçün gözlənilməz olub və qərəzli xarakter daşıyır: «Biz yaxşı anlayırıq ki, demokratiya düşüncə tərzidir. Görülən işlərlə yanaşı, görüləcək işlər də çoxdur və Azərbaycan bu istiqamətdə işlər həyata keçirir».

Müraciətdə qeyd olunub ki, regionda, dünyada insan haqlarının kobud şəkildə pozulduğu ölkələr var: «Hamıya məlumdur ki, Avropanın qabaqcıl ölkələrində də icazəsiz, qanunsuz aksiyaların qarşısı alınır. Avropa Parlamentinin qətnaməsi demokratik dövlət kimi Azərbaycanın mənafeyinə xələl gətirir. Mili Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli hesab edir».

Daha sonra müraciətin mətni müzakirəyə çıxarılıb. Deputatların bəzi təklifləri nəzərə alınmaqla müraciətin Avropa Parlamentinə göndərilməsi qərara alınıb.

Müraciət lehinə 100 nəfər səs verib, bitərəf və sənədin əleyhinə çıxan olmayıb.

17 May, 2011  21:49 Baxılıb: 1407

Bu bölmədə