Simsar.az | bizi özünüzə Simsar bilin
Suriyaya getməyin!

XİN çağırış etdi

Simsar.az-ın məlumatına görə, nazirliyin saytında yerləşdirilmiş xəbərdarlıqda bildirilir ki, martın 18-dən başlayaraq Suriyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlayıb. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında toqquşmalar baş verib, Suriya təhlükəsizlik qüvvələri tərəfindən nümayişlərin yatırılması zamanı mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olub.

Nümayişlər, həmçinin universitet korpusları, əsas küçələr, məscidlər və digər iri ictimai əraziləri əhatə edir. Nümayişlərlə əlaqədar Tartous-Latakia, Latakia-Aleppo, Homs-Aleppo kimi bir sıra yollar müvəqqəti olaraq bağlıdır. Suriyanın paytaxtı Dəməşq şəhəri də daxil olmaqla, bir sıra şəhərlərində, həmçinin əsas şose yollarında nəzarət məntəqələrinin sayı artırılıb. Suriyada münaqişə zonaları hər an dəyişə bilər.

Bunları nəzərə alaraq Suriyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları, Suriyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının iğtişaşlara qarışmamaları, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədləri mütəmadi olaraq üzərində saxlamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycanın Dəməşq şəhərində yerləşən səfirliyinə müraciət etmələri tövsiyə olunur.

17 May, 2011  21:01 Baxılıb: 1126

Bu bölmədə