Simsar.az | bizi özünüzə Simsar bilin
CEYHUN OSMANLINI NÜFUZDAN SALMAQ İSTƏYİRLƏR

Sabirabadın deputatının adı vəzifə qalmaqalında hallanır 

“Göyçay Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışan qardaşım Faiq Osmanlının Sabirabada polis rəisi gətiriləcəyi barədə məlumatlı deyiləm. Ümumiyyətlə, bu barədə yazılanlar həqiqətə uyğun deyil”.

Bunu Simsar.az-a açıqlamasında deputat Ceyhun Osmanlı bildirib.

Qeyd edək ki, bəzi mətbu orqanlarda Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi və bir neçə şəxsin vəzifələrindən azad edilməsinin arxasında rayondan olan deputat C.Osmanlının dayanması barədə məlumatlar dərc edilir.

C.Osmanlı isə bildiririr ki, bu səpkidən olan məlumatlar onu nüfuzdan salmaq ücün dərc edilir: “Barəmdə yazılanlar yalandır”.

RAMİL

17 May, 2011  19:22 Baxılıb: 1464

Bu bölmədə