Simsar.az | bizi özünüzə Simsar bilin
“CONNECT” SİMSAR. AZ SAYTINA PROBLEM YARATDI -ELAN

İnternet xidmətindəki ehtinasızlıq saytın yenilənməsinə bir neçə saat əngəl yaradıb

Simsar.az saytı izləyicilərinə üzrxahlıq ünvanlayır. Bu gün səhər saatlarından saytın yenilənməməsi təbii ki, Sizlərin təəcübünə səbəb olub və etiraz edəcəyiniz təqdirdə bunu anlamla qarşılayarıq. 

Sadəcə, istərdik biləsiniz ki, problem saytın Yasamal ATS və 596 19 50 telefonu vasitəsi ilə internet xidmətindən istifadə etdiyimiz “Connect” arasında uzun müddətdi yaşanan gərginlik səbəbindən baş verib.

Artıq Simsar.az başqa provayderlə müqavilə bağlayıb. Texniki xidmət sahəsində naşılıq, yaxud etinasızlıq, daha doğrusu hələ dəqiq bilmirik, hansı səbəb Simsar.az-ın ziyarətçilərini intizarda saxlamağa məcbur edib.

Artıq əməkdaşımız şirkətlə ATS arasında baş verən anlaşılmazlığın səbəblərini araşdırmağa başlayıb. Bir aya yaxındır istifadəçilərin şikayətinə “Connect” rəhbərliyi doğru-dürüst cavab verə bilmir. O cümlədən Yasamal rayon ATS-nin məsul şəxsləri “bizlik deyil” deməklə kifayətlənirlər.

21-ci əsrin internert məkanında bu qədər aşağı səviyyəli, daha doğrusu səviyyəsiz xidmətin səbəbkarı kimdir. KİMLİKDİ?

Simsar az. bu istiqamətdə araşdırmaya start verir.



Ruslan Xəlil

17 May, 2011  19:12 Baxılıb: 1228

Bu bölmədə