Simsar.az | bizi özünüzə Simsar bilin
Avstriya prezidenti Azərbaycana səfər edəcək

Avstriya prezidenti Hans Fişer bu ilin oktyabr ayında Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın sualına cavab olaraq Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiç bildirib. Onun sözlərinə görə, hazırda səfərə hazırlıq prosesi gedir. Səfər çərçivəsində iki ölkə arasında bir neçə saziş və memorandumların imzalanmasının planlaşdırıldığını deyən səfirin sözlərinə görə, sənədlər, əsasən, iqtisadiyyat və mədəniyyət sahəsini əhatə edəcək.

Silviya Mayer-Kaybiç onu da deyib ki, Avstriya prezidentinin səfərindən əvvəl, sentyabrda Azərbaycana Vyanadan biznesmenlərdən ibarət böyük nümayəndə heyəti gələcək. Nümayəndə heyəti Bakıda keçiriləcək Azərbaycan-Avstriya biznes forumunda iştirak edəcək. Forum prezidentin səfəri ilə bağlı təşkil olunacaq. Səfir deyib ki, bu, Azərbaycanla Avstriya arasında keçiriləcək ikinci forum olacaq.

17 May, 2011  16:17 Baxılıb: 1002

Bu bölmədə