Simsar.az | bizi özünüzə Simsar bilin
İsrail və Livandan BMT-yə şikayət

İsrail Suriya və Livanla bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etməyə hazırlaşır.

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bunu İsrail prezidenti Şimon Pereslə görüşdən sonra müxalifət lideri Tsipi Livni bəyan edib. 

İsrail şikayətində Suriya və Livanın mayın 15-də BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququ pozmaqda günahlandıracaq. Bu arada Livan daha cəld davranaraq, BMT Təhlükəsizlik Şurasına İsraildən şikayət edib. Livan Milli İnformasiya Agentliyinin yaydığı məlumata görə, şikayət məktubunda qeyd olunur ki, ölkənin İsrail sərhədləri yaxınlığında yerləşən Marun a-Ras şəhərində dinc insanların keçirdiyi aksiyaya israilli hərbçilər atəş açıb, dinc insanlar öldürülüb, yaralanıblar. Livan bunu ölkənin müstəqilliyinə düşməncəsinə qəsd və BMT qətnamələrinə sayğısızlıq kimi dəyərləndirib. Livan BMT Təhlükəsizlik Şurasını İsrailə belə aqressiv addımlarını dayandırması üçün təzyiq göstərməyə çağırıb. 

Xatırladaq ki, bazar günü Suriya və Livanda yaşayan minlərlə fələstinli İsrailin 1967-ci ildə işğal etdiyi Colan təpələrindəki Mecd el-Şemsə daxil olmağa çalışıb. İsrail ordusu kütləyə atəş açıb. Ən azı 14 nəfər ölüb, 400 nəfərdən çox insan yaralanıb. İsrail baş naziri Binyamin Netanyahu isə iddia edib ki, bu, əslində İsrailin müstəqilliyinə yönələn hərəkətdir və İsrail belə hərəkətlərə sərt reaksiya verməkdə davam edəcək: “Onların mübarizəsi 1967-ci ildəki sərhədlər uğrunda deyil. İsrail dövlətinin varlığını qəbul etmirlər”.
Binyamin Netenyahu Suriya və Livan sərhədindəki gərginlik zamanı 13 İsrail hərbçisinin, o cümlədən Mecd EL-Şems yaxınlığındakı 10 israilli mülki şəxsin də atılan daşlardan yaralandığını bildirib.

17 May, 2011  02:41 Baxılıb: 1160

Bu bölmədə