Simsar.az | bizi özünüzə Simsar bilin
Ölkəmizdəki Gürcüstan səfiri geri çağırılır

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycandakı səfirini geri çağırmağa hazırlaşmır.

Gürcüstan bürosunun məlumatına görə, bu barədə bu gün keçirilən növbəti ənənəvi brifinqdə Gürcüstan XİN başçısının müavini Nino Kalandadze bildirib. Onun sözlərinə görə, Zaqatalada yaşayan etnik gürcülər səfir Teymuraz Şaraşenidzenin geri çağırılması tələbi irəli sürüblər: “Mətbuatda yayılan informasiya bizdə şübhə yaratdı. Biz fikirləşirik ki, Şaraşenidze tərəfdən belə bir insident heç vaxt ola bilməz. Lakin yaranmış vəziyyətlə bağlı araşdırma aparılmadan qəti fikir bildirə bilmərik. Bununla belə, səfirimizin vicdanlı diplomat olduğuna şübhə etmirik”.

Qeyd edək ki, Kaxetiya İnformasiya Mərkəzi Azərbaycanın Zaqatala rayonunda yaşayan etnik gürcülərin (əslində, onlar ingiloylardır, Gürcüstan tərəfi isə onları gürcülər kimi təqdim edir-red.) Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin onların problemlərinə düzgün yanaşmadığı və diqqət göstərmədiyini bildirdikləri barədə xəbər yayıb. Xəbərdə Əliabad kənd sakinlərinə istinadən bildirilir ki, guya səfir sərxoş vəziyyətdə kəndə gələrək, öz dillərində məktəb və uşaq bağçasının açılması xahişi ilə ona müraciət edən sakinləri təhqir edib.

17 May, 2011  00:13 Baxılıb: 1190

Bu bölmədə