Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalistin döyülməsi faktına DİN reaksiya verdi

Mətbuat Şurasına məktub gəldi

Mətbuat Şurasının “Azadlıq” qəzetinin müxbiri Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı Daxili İşlər Nazirliyinə aprelin 4-də ünvanladığı müraciəti qurumun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cavablandırılıb. Simsar.az-ın məlumatına görə, idarənin rəisi Mirqafar Seyidovun imzası ilə Mətbuat Şurasına daxil olan məktubda bildirilir ki, R.Dekoya fiziki təzyiqlə əlaqədar müvafiq araşdırmalar aparılıb və BMCMİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanılıb. 

Məktubda həmçinin aparılan istintaqın nəticəsi barədə şikayətçiyə əlavə məlumatın veriləcəyi də vurğulanıb.

16 May, 2011  22:21 Baxılıb: 1122

Bu bölmədə