QƏLƏBƏ SEVİNCİNİ SİMSAR.AZ-a PAYLAŞDILAR
Azərbaycanın nüfuzlu sənətçiləri “Eurovison” 2011 mahnı müsabiqəsində ölkəmizin birincilik əldə etməsilə bağlı təəssüratlarını Simsar.az la bölüşür. Xalq artisti Faiq Ağayev: “Bu 60 milyon Azərbaycanlıların zəfəridir” - Böyük qalibiyyətdi. Azərbaycanı dünyaya bir daha tanıtdıq. Tanımayanlar da tanıdılar. Bu dövlət başçısının musiqiyə, mədəniyyətə və gənclərə qayğısının nəticəsidir. Ermənilər isə heç finala düşə bilmədilər. Köksüz, yersiz bu millət bir daha məğlub oldu. Hissiyatım mənə ilk gündən deyirdi ki, ki, Azərbaycan qalib gələcək. Ancaq bununla belə bir sıra iradlarım da var. Məsələn, geyimlərində bizə məxsus milli ştrixlər olsa, çox yaxşı olar. Çox istərdim ki, gələn “Eurovision” da Azərbaycan bəstəkarının mahnısı ifa olsun, həm də öz dilimizdə. - Bu qələbə xəbəri çox sevindirici bir xəbər idi. Gələn il avropalılar da Bakıya gələcək, ölkəmizilə, mədəniyyətimizlə çox yaxından tanış olacaqlar. Bu baxımdan da çox əladı. Bizim ifaçıların Türkiyə bayrağı ilə səhnəyə çıxmasını isə çox müsbət hal kimi dəyərləndirərdim. Ona görə ki, biz bir millət, iki dövlətik. Həmçinin Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan hansı ökləyə gedirsə, mütləq Azərbaycan haqqında məlumat verir. Bizim ifaçılar bu jestləriylə Türkiyəyə o yarışmada iştirak etmədiklərini hiss etdirmədilər.
16 May, 2011 21:53 ⁄ Baxılıb: 1453
Bu bölmədə26 Aprel, 2024 Mahsun Kırmızıgül Bakıya gəlir22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." |