Simsar.az | bizi özünüzə Simsar bilin
Korrupsiyaya qarşı Mübarizə İdarəsində dəyişiklik

Rəis müavin oldu

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində daha bir kadr dəyişikliyi olub.

APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun əmri ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Daxili Təhqiqatlar Şöbəsinin rəisi Rauf Zeynalov işdən çıxarılıb. Baş prokurorun digər əmri ilə o, Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib.


Qeyd edək ki, bir neçə gün əvvəl baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.


Ə. Nağıyev Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.

16 May, 2011  19:23 Baxılıb: 1214

Bu bölmədə