Simsar.az | bizi özünüzə Simsar bilin
Obama əsiri öldütdürüb

İran prezidenti Bin Ladenin əsir götürüldüyünü dedi

İran prezidenti Mahmud Əhmədinejad “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin öldürüldüyü vaxt ABŞ əsirliyində olduğunu söyləyib.

Simsar.az-ın “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, Mahmud Əhmədinejad bunu “Press TV” telekanalına müsahibəsi zamanı dilə gətirib. 

İran prezidenti amerikalıların Üsamə bin Ladeni nə vaxt əsir aldıqlarını, öldürənə qədər harada saxladıqlarını isə açıqlamayıb. Onun sözlərinə görə, amerikalılar Üsamə bin Ladeni xəstə vəziyyətinə salsalar da, buna baxmayaraq, onu öldürüblər.

Mahmud Əhmədinejad hesab edir ki, Üsamə bin Laden siyasi məqsədlə öldürülüb. Məqsəd Barak Obamanın yenidən prezident seçilməsi olub. İran prezidentinə görə, hazırda Vaşinqton əl-Qaidə terror təşkilatına yeni rəhbər axtarır.

Mahmud Əhmədinejad bu informasiyaları hansı mənbədən aldığını açıqlamayıb.

16 May, 2011  18:27 Baxılıb: 1109

Bu bölmədə