Simsar.az | bizi özünüzə Simsar bilin
“Eurovision“ qalibləri Heydər Əliyevin abidəsini ziyarət etdi

"Bu Azərbaycanın qələbəsidir"

Azərbaycana “Eurovision“ qələbəsi yaşadan Eldar Qasımov və Nigar Camal bu gün Bakıda Heydər Əliyev parkında Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Simsar.az-ın xəbərinə görə, Eldar Qasımov və Nigar Camal abidənin önünə gül qoyublar. Ziyarət mərasimində çoxlu sayda tələbələr, Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri də iştirak ediblər.

16 May, 2011  18:07 Baxılıb: 1499

Bu bölmədə