Simsar.az | bizi özünüzə Simsar bilin
Səlim Müslümov Türkiyəyə gedir

Nazir simpoziumunda iştirak edəcək

2011-ci ilin 17-18 may tarixlərində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olacaq. 

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumata görə, səfərdə məqsəd qeyd olunan tarixlərdə Ankara şəhərində Türkiyənin Sosial Güvənlik Qurumunun təşkilatçılığı ilə “Sosial müdafiə sahəsində yeni risklər və yanaşmalar” mövzusuna həsr olunmuş II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak etməkdir. Azərbaycanda aparılan islahatların region üçün əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfi əsas çıxışçılardan biri kimi həmin simpoziuma dəvət olunub. Toplantı iştirakçılarına ölkəmizdə qurulan və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya sistemi barədə ətraflı məlumat veriləcək.

16 May, 2011  17:36 Baxılıb: 1295

Bu bölmədə