Simsar.az | bizi özünüzə Simsar bilin
NATO-dan general gəlir

Maykl Jorqensen Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşəcək

NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının (BQK) əməliyyat direktoratlığının birgə planlar şöbəsinin rəisi sabah Azərbaycana gələcək.

Bu barədə Simsar.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Briqada generalı Maykl Jorqensen mayın 19-dək Bakıda olacaq. Onun Müdafiə Nazirliyinin rəhbərliyi ilə bir sıra görüşləri planlaşdırılır.

Nazirlikdən verilən məlumata görə, bu həftə NATO-nun Brunssumdakı BQK-nin iştirakı ilə Bakıda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu gün əməkdaşlıq çərçivəsində Brunssumdakı BQK-nın mobil təlim qrupu tərəfindən çoxmillətli birgə tapşırıq qüvvələri (CJTF) əməliyyat planlaşdırma kursu və maddi-texniki təminat mövzusunda kurs işə başlayıb. Hər iki kurs mayın 20-də yekunlaşacaq.

16 May, 2011  15:40 Baxılıb: 1460

Bu bölmədə