Simsar.az | bizi özünüzə Simsar bilin
Müsavatın qərargahı möhürləndi

İctimai Palatanın Sumqayıtda keçirmək istədiyi toplantı alınmadı  

İctimai Palatanın Sumqayıtda Müsavat Partiyasının qərargahında keçirmək istədiyi təsis toplantısına imkan verilməyib. 

Saat 16.00-a planlaşdırılan iclasa müdaxilə etmək üçün Sumqayıt polisi Müsavat qərargahını mühasirəyə alıb. AXCP, Müsavat, KXCP, AMİP üzvləriqərargaha yaxın buraxılmayıb. Qərargahın qabağına Dövlət Əmlak Komitəsinin nümayəndələri gələrək partiyanın qərargah üçün dövlətlə bağladığı müqavilənin vaxtının bitdiyini deyib.

Müsavatın Şura üzvü Bəhruz Əsədbəyli "Azadlıq" radiosuna bildirib ki, qərargahın icarə haqqı vaxtında ödənilib. Lakin icarə müqaviləsinin uzadılmasına Əmlak Komitəsi qəsdən imkan yaratmayıb: "Müqavilənin məhz bu gün yada düşməsi o deməkdir ki, məqsəd toplantı keçirməyə imkan verməməkdir". AXCP sədrinin müavini Asəf Quliyevin Əmlak Komitəsinin nümayəndəsi apardığı danışıqların bir nəticəsi olmayıb.

Qərargahın qabağına icra hakimiyyətinin müavini də gəlib. "Polisi niyə çağırmısınız?" sualına komitənin nümayəndəsi "Biz çağırmamışıq,qonşular şikayət edib gəliblər"- deyib. Lakin polis rəsinin müaviniAzər Cahangirov jurnalistə deyib ki, onlar sadəcə ictimai asayişi qoruyurlar. Qonşuların şikayət etməsi faktını təsdiqləməyib. Komitənin nümayəndələri qərargahın kilidini dəyişdirib, qapıya möhür vurublar. Müsavata açar verilməyib, bu haqda akt tərtib olunmayıb. Xatırladaq ki, bu il Müsavat Partiyasının 100 illiyi qeyd olunur.

Simsar.az

16 May, 2011  14:09 Baxılıb: 1569

Bu bölmədə