Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistan bayrağı Ukraynanı da qıcıqlandırdı

“Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatı verilişin rəhbərliyinə və onun aparıcısı Andrey Malaxova etiraz bəyanatı göndərib

Simsar.az məlumatına görə, mayın 13-ü Rusiyanın İctimai Televiziyasında “Evrovision-2011” mahnı müsabiqəsinə həsr olunmuş “Pust qovoryat” verilişində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın klipinin Ermənistanın bayrağı altında təqdim olunmasına Ukraynada fəaliyyət göstərən “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatı etiraz edib. 

Təşkilat verilişin rəhbərliyinə və onun aparıcısı Andrey Malaxova etiraz bəyanatı göndərib.

Ukraynada nəşr olunan “Azərbaycanın sözü” qəzetinin baş redaktoru Azər Qardaşlı xəbər verir ki, bəyanatda bu təqdimat Azərbaycanın dövlət atributlarına böyük hörmətsizlik kimi qiymətləndirilir: " Əgər bu haqda təkzib verilməzsə, bu məsələ Rusiya İctimai Televiziyasının Azərbaycana qarşı qərəzli mövqeyi kimi qiymətləndiriləcək.

14 May, 2011  18:33 Baxılıb: 1647

Bu bölmədə