Simsar.az | bizi özünüzə Simsar bilin
Dövlət Departamentində problem

50 milyon insanın qatıldığı lotereya yenidən keçiriləcək

Simsar.az xəbər portalı BBC-yə istinadən bildirir ki, ABŞ hər il keçirilən "Green Card" lotereyasının builki nəticələrini ləğv edib. Bu lotereya vasitəsilə dünyanın ən müxtəlif ölkələrindən 22 min insan hər il ABŞ-da yaşamaq hüququ əldə edirdi.

Amerikalı məmurların dediklərinə görə, lotereyanın kompyuter sistemində xətalar yaranıb.
Bu il 50 milyon insanın qatıldığı lotereya yenidən keçiriləcək, nəticələr isə iyunda açıqlanacaq.

ABŞ Dövlət Departamenti baş verənlərlə bağlı üzr istəyib.

14 May, 2011  17:20 Baxılıb: 1099

Bu bölmədə