Simsar.az | bizi özünüzə Simsar bilin
Mayın 20-si Avropa Parlamenti prezidenti Azərbaycana gəlir

Eji Buzekin Azərbaycana səfərinin proqramı açıqlanıb

AP prezidentinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Eji Buzek ölkəmizə mayın 20-də gələcək. O səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək, vətəndaş cəmiyyətinin, müxalifət partiyalarının təmsilçiləri ilə müzakirələr aparacaq.  

Xatırladaq ki, Eji Buzekin regiona səfəri mayın 18-dən başlayır. Həmin gün Ermənistana gedəcək Avropa Parlamentinin prezidenti bir gün sonra Gürcüstanda səfərdə olacaq.

14 May, 2011  17:06 Baxılıb: 1084

Bu bölmədə