SMS vasitəsilə bildiriş sistemi tətbiq edilir
ABŞ Federal Rabitə Komissiyası (FCC) fövqəladə hallar haqqında SMS-bildiriş servisi hazırlayıb. Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, PLAN (Personal Localized Alerting Network) adlanan bu servis tam pulsuzdur və işə salınması üçün istifadəçidən heç bir hərəkət tələb etmir. PLAN insanların yaşadıqları ərazilərdə mümkün ola biləcək təbii fəlakətlər haqqında onları qabaqcadan məlumatlandırmaq imkanı verir. Belə vəziyyətdə vətəndaşların təbii kataklizmlərdən xilas olmaları üçün hər hansı bir tədbir görməyə vaxtları olur. ABŞ-ın üç ən iri mobil rabitə operatorları “Verizon Wireless”, “AT&T” və “Sprint” şirkətləri ilə sistemin təşkil olunmasına dair müqavilə imzalanıb. Bir qədər sonra layihəyə “T-Mobile” şirkətinin də qoşulacağı gözlənilir.
14 May, 2011 05:18 ⁄ Baxılıb: 1316
Bu bölmədə7 Avqust, 2019 Yaponiyada sərnişin dronu sınaqdan keçirildi26 Oktyabr, 2016 “Windows” Azərbaycan istifadəçilərinin problemini həll etdi3 Mart, 2015 Apple Micrasoftu üstələdi - FOTO26 Fevral, 2015 1 Gb sürətli kanal yaradılır - Azərbaycanda |