Simsar.az | bizi özünüzə Simsar bilin
Sabir Rüstəmxanlının partiyası Astara təşkilatından narazıdır

Bir rübdə 6 şöbədə nöqsanlara yol verib

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası ( VHP ) Nəzarət Təftiş Komissiyasının iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, VHP qərargahında keçirilən iclasa Komissiyanın sədri Felmar Ələkbərli sədrlik edib. İclasda 2011-ci ilin 1-ci rübü ərzində seçkili orqan və vəzifəli şəxslərin fəaliyyəti, nizamnamədən gələn bir sıra məsələlər müzakirə edilib.  

F. Ələkbərli bildirib ki, rüb ərzində təşkilat və digər seçkili orqanların fəaliyyəti ətraflı yoxlanılıb. Onun sözlərinə görə, xırda nöqsanlar istisna olunmaqla seçki orqanlarının fəaliyyəti qənaətbəxş qiymətləndirilib. . Partiyanın Yasamal, Xətai, Nəsimi, Sabunçu, Quba və Astara rayon təşkilatlarına işlərində nöqsanlara yol verdikləri üçün ciddi xəbərdarlıq olunublar. Astara rayon təşkilatına isə töhmət verilib. 

 

13 May, 2011  22:36 Baxılıb: 1028

Bu bölmədə