Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan siyasiləri ATƏT sədrinə nə deyib?

Əli Əhmədov narahatlıq ifadə edildiyini deyir

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ATƏT PA-nın sədri Petros Eftimiu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıqlarını bildiriblər. 

Bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib: “Görüşdə əsas etibarilə siyasi partiya təmsilçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz narahatlıqlarını bildiriblər. Hesab edirəm ki, bu, tamamilə qanuna uyğundur. Çünki Minsk qrupu ATƏT çərçivəsində fəaliyyət göstərir. Təəssüf hissi ilə demək lazımdır ki, uzun müddət keçməsinə baxmayaraq Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində səmərəli fəaliyyət göstərə bilməyib”. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində ATƏT-ə və onun Minsk qrupuna ciddi əsaslara söykənən tənqidi fikir mövcuddur. Bütün bunlar ATƏT PA sədrinin diqqətinə çatdırılıb.

13 May, 2011  22:14 Baxılıb: 1123

Bu bölmədə