Simsar.az | bizi özünüzə Simsar bilin
Səfər Əbiyev ABŞ generalını qəbul etdi

ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. 

Mayın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ nəqliyyat komandanlığının komandanı general Dunkan Maknabı qəbul edib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, görüş zamanı ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. 

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza iştirak edib.

13 May, 2011  20:55 Baxılıb: 1165

Bu bölmədə