Simsar.az | bizi özünüzə Simsar bilin
Vilayət Quliev razılışadırıb

Macarıstan televiziyası Azərrbaycana verilişlər həsr dedəcək 

“Duna TV”-də ölkəmiz haqqında silsilə verilişlərin, bədii filmlərin və musiqi proqramlarının nümayiş etdirilməsi ilə bağlı razılıq əldə edilib

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev mayın 12-də Macarıstan İctimai Televiziyasının – “Duna TV”-nin baş direktoru Silvester Okovaç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı iki ölkənin elektron media vasitələri arasında əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı surətdə hər iki xalqın tarix və mədəniyyəti, turizm imkanları və s. məsələlər müzakirə edilib.

Respublika günü -28 May münasibəti ilə, habelə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illik yubileyi ilə əlaqədar “Duna TV”-də ölkəmiz haqqında tanıtma xarakterli silsilə verilişlərin, habelə bədii filmlərin və musiqi proqramlarının nümayiş etdirilməsi ilə bağlı razılıq əldə edilib. Daha sonra “Duna TV”-nin canlı efirində çıxış edən Vilayət Quliyev Azərbaycan mədəniyyətinin Macarıstanda təbliği və azərbaycanlı ifaçıların “Eurovizion” mahnı müsabiqəsində iştirakı və çıxışı haqqında suallara cavab verib. Vilayət Quliyevin çıxışı zamanı bu ilki “Eurovizion” müsabiqəsinin finalına çıxmış Azərbaycan duetinin reklam rolikləri nümayiş etdirilib.

13 May, 2011  19:42 Baxılıb: 1254

Bu bölmədə