Simsar.az | bizi özünüzə Simsar bilin
Mübarəkin həbs müddəti uzadıldı

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin həbs müddəti daha 2 həftə uzadılıb.

Simsar.az xəbər portalının «MEHA» agentliyinə istinadən verdiyi məlumata görə, ürək çatışmazlığı ilə əlaqədar hələ də xəstəxanada olan 83 yaşlı Mübarəkin dindirilməsi də elə hospitalda davam etdirilir.
Xatırladaq ki, dünən eks-prezidentə qarşı yeni ittihamlar irəli sürülüb. İndi o, daha çox maddə ilə ittiham olunur. Sabiq prezidentin təqsirləri sübuta yetirilərsə, onun barəsində edam hökmü çıxarıla bilər.

13 May, 2011  16:39 Baxılıb: 1118

Bu bölmədə