Simsar.az | bizi özünüzə Simsar bilin
İsveçrə səfiri Bərdədə

Sabina Ulman Şaban bu gün Bərdə rayonunda olub.

İsveçrənin Azərbaycandakı səfiri xanım Sabina Ulman Şaban bu gün Bərdə rayonunda olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, səfir BMT agentliklərinin təmsilçiləri və QHT nümayəndələrinin iştirakı ilə Bərdədə keçirilən tədbirdə iştirak edib. 

Keçirilən müzakirələr zamanı bildirilib ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün bacarıqların artırılması naminə inkişaf” layihəsi gözlənilən nəticəni verib. Layihədən 13 min məcburi köçkün yararlanır.

Analoji layihələrin digər cəbhəyanı rayonlarda da həyata keçirilməsi məsələsi gələn ay Bakıda keçiriləcək konfransda müzakirə ediləcək.

Səfir Sabina Ulman Şaban layihənin İsveçrə və Azərbaycan hökumətlərinin maliyyə dəstəyi ilə artıq dördüncü ildir həyata keçirildiyini deyib.

13 May, 2011  03:19 Baxılıb: 1141

Bu bölmədə