Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda “Eurovision” coşqusu

Azərbaycanlı və türkiyəli gənclərin təşkilatçılığı ilə flaşmob aksiya keçirilib.

Bu gün Qız Qalasının önündə “Eurovision 2011”dəki təmsilçilərimizi dəstəkləmək məqsədilə azərbaycanlı və türkiyəli gənclərin təşkilatçılığı ilə flaşmob aksiya keçirilib.

Simsar.az-ın məlumatına görə, gənclər 300 milyonluq türk dünyasını bu yarışmanın finalında təmsil edən yeganə namizədə dəstək verməyə səsləyiblər. Xüsusilə Avropada yaşayan Türkiyə və Azərbaycansevərlərin təmsilçilərimizi dəstəkləməkdə fəallıq göstərmələri arzu olunub. Bildirilib ki, Azərbaycanın finalda iştirakı həm də Türkiyənin finalda iştirakıdır. 

Tədbir “İrəli” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.

12 May, 2011  22:44 Baxılıb: 1433

Bu bölmədə