Simsar.az | bizi özünüzə Simsar bilin
Hüsnü Mübarəkin yeni cinayətləri üzə çıxır

Eksprezident xarici borcları qəsdən şişirdirmiş

Misirin baş prokurorluğu ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkə qarşı yeni ittihamlar irəli sürüb. Yeni ittihamlara əsasən o, öz hərəkətləri ilə ölkənin xarici borcunun həcmini artırırmış. Bu barədə Misirin “Əl-Mesri əl-Yəum” qəzeti yazır.

Simsar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 2010-cu il dekabrın sonlarında Misirin xarici borcu 35 milyard dollara yaxın olub.

Lakin ölkənin keçmiş başçısı dindirmə zamanı bu ittihamları rədd edərək bəyan edib ki, əksinə o, Misirin xarici borclarının həcmini azaltmağa çalışıb.

“Keçmiş prezident hökumət iclasılarının bir neçə protokollarını təqdim edib. İclaslarda o, nazirlərdən bunun üçün lazımi iqtisadi tədbirlərin görülməsini tələb edib”, - deyə qəzetə mənbə bildirib.

Mübarək fevralın 11-də 18 günlük xalq etirazlarından sonra istefaya gedib. Etirazlar zamanı 800 nəfərdən çox insan həlak olub, minlərlə insan yaralanıb.

12 May, 2011  21:03 Baxılıb: 1102

Bu bölmədə