Simsar.az | bizi özünüzə Simsar bilin
Mirmahmud Mirəlioğlu təkləndi

İctimai Palatada daxili çəkişmə güclənir

"Mirmahmud Mirəlioğlunun İctimai Palatanın ünvanına tənqidi fikirlər söyləməsi yalnız subyektiv xarakter daşıya bilər”. 
Bu sözləri AXCP sədrin müavini Fuad Qəhrəmanlı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun APA-da yayımlanan müsahibəsində İctimai Palata haqqında səsləndirdiyi tənqidi fikirləri şərh edərkən Modern.az saytına bildirib. O qeyd edib ki, İctimai Palatanın təsisçilərindən olan M.Mirəlioğlunun qurum haqda belə tənqidi fikir söyləməsi heç də əsaslı deyil:

“Hesab edirək ki, bu fikirlər Mürmahmud bəyin şəxsi mülahizələridir. Amma biz düşünürük ki, İctimai Palata Azərbaycanda siyasi qüvvələrlə, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edən bir modeldir. Bu model Azərbaycan cəmiyyətinin maraqlarını və istəklərini ifadə edir. Çünki İctimai Palatanın tərkibində ötən ilə Parlament seçkilərində faktiki qələbə qazanmış şəxslər təmsil olunurlar. Bu baxımdan İctimai Palatanın ictimai təmsilçilik statusu var”.

F.Qəhrəmanlı vurğulayıb ki, müxalifət qüvvələrinin birləşdyi İctimai Palatanın qarşısına qoyduğu məqsədlərə çatması üçün zaman lazımdır.
“Bu məqsədlərin gerçəkləşməsi birdən-birə olan məsələ deyil və bunlar müəyyən zaman çərçivəsində həyata keçiriləsi məsələlərdir. Biz İctimai Palatanı yaranarkən bəyan etməmişdik ki, yaranandan dərhal sonra çox böyük nəticələr əldə olunacaq. Biz bu nəticələr uğrunda ölkədə demokratik seçkilərin keçirilməsi uğrunda mübarizə aparacağımızı bildirmişdik. İndi bu proseslər davam edir. Hələ ki, praktikada İctimai Palata kimi tam effektiv və səmərəli fəaliyyət göstərən bir qurumun və birlik modelinin varlığına rast gəlməmişik ki, bu yöndə İctimai Palatanı zəif və uğursuz bir model sayaq”-deyə F.Qəhrəmanlı vurğulayıb.
O qeyd edib ki, bu baxımdan M.Mirəlioğlunun İctimai Palatanın ünvanına belə tənqidi fikirlər söyləməsi yalnız onun subyektiv xarakter daşıyır. “Bu baxımdan İP hər cür açıq müzakirəyə və tənqidlərə dözümlə yanaşan demokratik qurumdur”.

Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı isə KXCP sədrinin İP haqda səsləndirdiyi tənqidi fikirlərə şərh verməkdən imtina edib. O qeyd edib ki, Mirmahmud Mirəlioğlu İctimai Palatada yoxdur və qurumun sessiyalarlnda iştirak etmir:

“Məm Mirmahmud Mirəlioğlunun vediyi müsabihəyə heç bir fikir bildirmək istəmirəm. Mən İctimai Palatanın üzvü olmayan və onun sessiyalarında iştirak etməyən insanların müsahibələrinə də şərh vermək fikrindən uzağam. Bu onun şəxsi fikirləridir. O, İctimai Palatada yoxdur, ümumiyyətlə iclaslarda iştirak etmir. O, nəyə əsaslanıb bu fikirləri söyləyir? Mən buna şərh vermək fikrində deyiləm”.

G.Aslanlı deyilən fikirlərin həqiqətə uyğun olmadığını və İctimai Palatanın tənqdiqə açıq qurum olduğunu deyib. “İP-in üzvləri onun iclaslarında öz tənqidi fikirlərini, təkliflərini və iradlarını söyləyə bilirlər. Hər halda İctimai Palatanın sessiyasında olan adamlar bunu birbaşa görürlər və bilirlər ki, həm tənqidlər və təklifləri dinlənilir və müzakirə olunur”-deyə Müsavat rəsmisi əlavə edib.

12 May, 2011  21:00 Baxılıb: 1609

Bu bölmədə