Simsar.az | bizi özünüzə Simsar bilin
DUİ-də İslam Partiyasının hicab aksiyası ilə fikir ayrılığı yaranıb

Vüqar Bəyturan:”MQP heç vaxt başqa dövlətin sifarişini yetirənləri dəstəkləyə bilməz”

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısında İslam Partiyasının mayın 6-da keçirilən aksiyası ilə bağlı fikir ayrılığı yaranıb. DUİ-də təmsil olunan Milli Qurtuluş Partiyası fərqli mövqe nümayiş etdirsə də, səs çoxluğu ilə bu qərar qəbul edilib. DUİ-dəki digər müttəfiqlərinin mövqeyi iə razılaşmadığını bildirən MQP başqanı Vüqar Bəyturan açıqlama ilə çıxış edib.
V.Bəyturan deyib:”MQP türk millətçilərinin qurumudur və biz heç vaxt İslam Partiyasının hər hansı qanunazidd addımını təqdir edə bilmərik. Bu qüvvə həmişə İran adlanan dövlətin hakim fars molla rejiminin sifarişlərini yerinə yetirib və MQP heç vaxt başqa dövlətin sifarişini yetirənləri dəstəkləyə bilməz”.
MQP DUİ Sədrlər Şurasının məlum qərarının siyasi məsuliyyətini bölüşmür.
RAMİL

12 May, 2011  20:57 Baxılıb: 1121

Bu bölmədə