Simsar.az | bizi özünüzə Simsar bilin
“Aİ-nin Dağlıq Qarabağda ofisi açıla bilməz”

Roland Kobia:“Guya Dağlıq Qarabağda Avropa İttifaqının ofisinin açılacağı barədə xəbərlər şayiədir”

“Avropa İttifaqı beynəlxalq birlik tərəfindən qəbul olunmuş ölkə və təşkilatlarla əlaqələr qurur və əməkdaşlıq edir. Buna görə də Avropa İttifaqı Dağlıq Qarabağla əlaqələr qurmaq niyyətində deyil”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia söyləyib. O, təmsil etdiyi qurumun Azərbaycan və Ermənistanla əməkdaşlıq etdiyini deyib: “Bəzi kütləvi informasiya vasitələrində Avropa İttifaqının guya Dağlıq Qarabağda ofis açmağa hazırlaşması barədə gedən məlumatlar şayiədən başqa bir şey deyil. Belə bir ofis açıla bilməz, Avropa İttifaqı buna icazə verməz”.

12 May, 2011  20:09 Baxılıb: 1051

Bu bölmədə