Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa Parlamentinin sədri Azərbaycana gələcək

Avropa Parlamentinin prezidenti Eji Buzek mayın 20-də Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, səfərin tarixini Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia açıqlayıb. Onun sözlərinə görə, Gürcüstandan sonra Azərbaycana səfər edəcək Eji Buzek Bakıda rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə parlamentlərarası münasibətlər, beynəlxalq məsələlər müzakirə olunacaq. Səfər mayın 21-də başa çatacaq.

12 May, 2011  20:01 Baxılıb: 1101

Bu bölmədə