Simsar.az | bizi özünüzə Simsar bilin
Dünyanın ən sürətli «təcili yardım»ı

«Mercedes-Benz» dünyanın ən sürətli «təcili yardım» maşınını hazırlayıb.

Simsar xəbər portalının Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, «SLS AMG» superavtomobilinin bazasında yaradılıb. 

Xəstələri qısa müddətdə ünvana çatrıdmaq üçün maşın 6,2 litr həcmli, 571 at gücündə mühərriklə təchiz olunub. Nəticədə o, saatda 100 kilometr sürəti 3,8 saniyəyə yığır. «Təcili yardım»ın maksimal sürəti isə saatda 317 kilometrdir.

İstehsalçılar yeni avtomobilin seriya satışına başlamağı düşünmür. Onların sözlərinə görə, «təcili yardım» eksperiment kimi hazırlanıb.

12 May, 2011  03:00 Baxılıb: 1352

Bu bölmədə