Simsar.az | bizi özünüzə Simsar bilin
Eldar və Nigar bütün dünya azərbaycanlılarına müraciət ediblər

Onlar finalda soydaşlarımızdan dəstək gözlədiklərini bildiriblər

Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal bütün dünya azərbaycanlılarına müraciət ediblər.

APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, yarımfinalda uğurla çıxış edərək, müsabiqənin finalına vəsiqə qazanmış təmsilçilərimiz APA vasitəsilə bütün dünya azərbaycanlılarına səsləniblər. Onlar finalda soydaşlarımızdan dəstək gözlədiklərini bildiriblər. Müraciətdə deyilir: “Salam dostlar, salam bütün dünya azərbaycanlıları. Biz dəstək gözləyirik. Qoy bütün dünya bilsin ki, biz böyük bir ailəyik”.


Qeyd edək ki, mayın 10-da Düsseldorf “Esprit Arena”da keçirilmiş I yarımfinalda isveçli müəlliflərə məxsus olan “Running Scared” mahnısını uğurla ifa edən Azərbaycan təmsilçiləri finala vəsiqə qazanıblar.


II yarımfinal mayın 12-də keçiriləcək. II yarımfinalda 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq və yalnız 10-u bu şansı qazanacaq.

Mayın 14-də keçiriləcək finalda Azərbaycan təmsilçiləri 19-cu çıxış edəcəklər. Finalda ümumilikdə 25 ölkə birincilik uğrunda yarışacaq.

12 May, 2011  02:49 Baxılıb: 1675

Bu bölmədə