Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının hər birinə 2 milyon manat ayırıb

İlham Əliyev rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, əhalini narahat edən sosial əhəmiyyətli problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün zəruri tədbirlər görülməsi məqsədilə Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həmin rayonların icra hakimiyyətlərinin hər birinə 2 (iki) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin edəcək.

12 May, 2011  02:44 Baxılıb: 1067

Bu bölmədə