Latviyanın birinci xanımı İçəri Şəhərdə olub
Ölkəmizdə səfərdə olan Latviya Respublikasının birinci xanımı Lilita Zatlere Bakının tarixi mərkəzi ilə tanış olmaq məqsədi ilə İçəri Şəhərdə olub. İlk öncə qonaq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti və İçəri Şəhərdə abidələrin bərpası sahəsində görülən işlər barədə məlumatlandırılıb. İdarədən Simsar.az-a verilən məlumata görə, xanım qonağın gəzintisi dünya əhəmiyyətli abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıqdan başlayıb, qonağa Kompleksə daxil olan abidələrin hər birinin tarixi haqqında qısa məlumat çatdırılıb.
11 May, 2011 23:00 ⁄ Baxılıb: 1189
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |