Simsar.az | bizi özünüzə Simsar bilin
Müsavat partiyası nə edəcək?

Divanın iclası olub

Mayın 11-də Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. 

Partiyanın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, iclasda görülmüş işlər haqqında məlumat verilərkən, İctimai Palatanın tərkibində Şuşanın işğalı günü Şəhidlər Xiyabanının ziyarət edilməsinə toxunulub.

Partiyadaxili məsələlərin müzakirəsi zamanı Avstriyada mühacirətdə olan 6 nəfərin Müsavata üzv olmaq haqqında ərizələrinə baxılıb və müsbət qərar verilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə İctimai Palatanın bütün istiqamətlərdə fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. İctimai Palatanın strukturlaşmasının, xüsusən də regional qurumların təşkil olunması, proqram sənədlərinin hazırlanması və kütləvi aksiyaların təşkilində Müsavat Partiyasının görəcəyi konkret işlər müəyyənləşdirilib. Eyni zamanda növbəti kütləvi aksiyanın tarixi və təşkili ilə bağlı konkret təkliflər verilib.

Divanda, həmçinin, Gül bayramı və hakimiyyətin siyasətinə dair, ərəb ölkələrində, xüsusən də Liviya və Suriyada baş verən proseslər haqqında müzakirələr aparılıb. Divan beynəlxalq birliyi baş verənlərə adekvat münasibət göstərməyə çağırıb.

Sonda cari məsələlərə baxılıb.

Divanın toplantısından sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.

11 May, 2011  22:49 Baxılıb: 1027

Bu bölmədə