60 min iştrakçıdan 19-u qalib gəlib, biri Aynişandır
Gənc və istedadlı müğənni “Eurovision-2011” Milli Seçim Turlarının iştirakçısı Aynişan Quliyeva Belarusda keçiriləcək “Slavyanski bazar” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün vəsiqə qazanıb. Simsar.az-ın məlumatına görə, bu münasibətlə bu gün “Bridce Plaza”da mətbuat konfransı keçirilib. Tədbirdə müğənninin anası Aybəniz Haşımova həm sevincli, həm də həyəcanlı olduğunu dilə gətirərək Aynişanın bu müsabiqəyə qatılmasından danışıb. Bildirib ki, müsabiqəyə sənəd qəbulunun sonuncu günündə onlar yaxın dostlarının təkidilə bu müsabiqəyə sənəd göndəriblər: “Düzü, “Eurovision”un Milli seçim turlarında Aynişana olan haqsızlıqdan incimişdim və digər müsabiqələr barədə hələlik düşünmək istəmirdim. O gərginlik hələ də məni tərk etməmişdi. Amma model Validə Abbasovanın və tanınmış jurnalist Feliks Vişnevetskiyin təkidləri və onların Aynişana olan ümidləri nəticəsində sənəd qəbulunun sonuncu günü müraciət etdik. Nəticəsi də çox gözəl oldu. Çətin mərhələlərdən sonra müraciət edən 60 min nəfər arasından 19 ölkənin təmsilçisi bu müsabiqədə iştirak haqqı qazanıb ki, onlardan da biri Aynişan olub. Artıq hazırlıqlara başlamışıq. Müsabiqədə iki Azərbaycan və bir Ukrayna mahnıları oxunacaq. Azərbaycan dilində mahnılardan biri bəstəkar Ülviyyə Vəliyevanın “Sevgimi bu” mahnısı, digəri Adil Baxışlının bəstəsidir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizə böyük dəstək var. Digər təşkilatçılar da var ki, onların da adları açıqlanacaq”.
11 May, 2011 22:09 ⁄ Baxılıb: 3416
Bu bölmədə26 Aprel, 2024 Mahsun Kırmızıgül Bakıya gəlir22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." |