Simsar.az | bizi özünüzə Simsar bilin
Bin Ladenin yerinə Həmzə gələcək

“Əgər o yoxa çıxıbsa, “Əl-Qaidə”nin bir nömrəli adamına çevrilə bilər"

Üsamə bin Ladenin 20 yaşlı oğlu Həmzə hərbi əməliyyat zamanı atasının Pakistandakı iqamətgahından qaçıb.

Simsar.az məlumatına görə, bu versiya Britaniyanın The Daily Mirror qəzetinə məxsusdur. Bin Ladenin üç arvadı verdikləri ifadədə mayın 1-dən sonra Həmzəni görmədiklərini deyiblər. Bəzi məlumatlara görə, Həmzə bin Ladenin ən etibar etdiyi adamlardan biri olub. Xasusi xidmət orqanlarındakı mənbə bildirib ki, Həmzə çox təhlükəli adamdır: “Əgər o yoxa çıxıbsa, qisasçılığa başlaya və “Əl-Qaidə”nin bir nömrəli adamına çevrilə bilər. Əgər əməliyyat zamanı o doğrudan da iqamətgahda olubsa, deməli, o sistemdə böyük etimada sahibdir. Bəzi məlumatlara görə, Həmzə 2007-ci ildə Pakistanın baş naziri Bənazir Bhuttoya sui-qəsddə şəxsən iştirak edib.

11 May, 2011  21:44 Baxılıb: 1113

Bu bölmədə