Simsar.az | bizi özünüzə Simsar bilin
Leyla Əliyeva "Qırmızı lent" aksiyasında

Tədbirdə yeni səfirlərin adları çəkiləcək

Sabah Rusiyanın paytaxtı Moskvada “İzvestiya” qəzetinin media mərkəzində QİÇS-dən (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ölənlərin xatirəsinə və “Qırmızı lent”- 2001 beynəlxalq sosial-informasiya kampaniyasının (Red Ribbon AİDS Russia & CIS) başlanmasına həsr olunmuş xüsusi mətbuat konfransı keçiriləcək. ANS PRESS “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, mətbuat konfransında mayın 15-nə nəzərdə tutulan QİÇS-dən ölənlərin xatirəsinə həsr olunmuş kütləvi askiyanın vaxtı və yeri elan olunacaq.

Mətbuat konfransında Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, o cümlədən "RUSSIAN ENTERTAINMENT AWARDS"-ın prezidenti İskəndər Kadırov, teleaparıcı, aktrisa- Tatyana Lazareva, “VİA Qra” pop-qrupunun solisti Albina Canabayeva, UNAİDS-in ( BMT-nin QİÇS-lə bağlı Avropa və Mərkəzi Asiya üçün birləşmiş proqramı) informasiya siyasəti və icitmaiyyətlə əlaqələr üzrə məsləhətçisi Anna Çernyaxovskaya iştirak edəcək. 

Bununla yanaşı, tədbirdə “Qırmızı lent” kampaniyasının yeni səfirlərinin adları çəkiləcək. Kampaniya çərçivəsində bu il Rusiya və MDB məkanında hansı tədbirlərin keçiriləcəyi açıqlanacaq.

11 May, 2011  20:07 Baxılıb: 1079

Bu bölmədə